Bir neçə il öncə Respublika Diaqnostika Mərkəzi (RDM) “ASAN xidmət” mərkəzlərində "check-up" layihəsinə start vermişdi.
Xidmətin “ASAN xidmət” mərkəzlərində təşkil olunmasına səbəb vətəndaşlara daha effektiv və operativ sosial xidmət göstərilməsi olub. İlkin vaxtlarda "check-up” müayinələrin gələcəkdə daha geniş miqyasda digər yerlərdə də aparılması nəzərdə tutulub.
Bəs hazırda xidmətin tətbiqi davam edirmi? Cebhe.info xəbər verir ki, xidmət artıq dyandırılıb və buna səbəb bir müddət sonra funksionallığını itirməsi olub. Hazırda "ASAN xidmət"də bir çox xidmətlərdən istifadə mümükündür. Lakin "check-up"ın tətbiqinə vətəndaşların daha çox üz tutmaması səbəbilə yekun vurulub.
Qeyd edək ki, ilk zamanlarda bu xidmət üçün qiymət 19 manat təşkil edib.
Naibə
Cebhe.info