Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Cinayət və cəza: Azərbaycanda qanundan neçə il gizlənmək olar?

3-04-2023, 18:13   


Cinayət və cəza: Azərbaycanda qanundan neçə il gizlənmək olar?


Dünən 19 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayəti üzrə şübhəli şəxs saxlanılıb.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Məlumata görə, Baş Prokurorluğun İstintaq idarəsində digər cinayət işinin istintaqı zamanı istintaqa daxil olmuş məlumat çərçivəsində yeni cinayət faktı aşkarlanıb.

Prokurorluq və daxili işlər orqanlarının əməkdaşları tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində 1981-ci il təvəllüdlü Dursun Nəbiyevin hazırda şəxsiyyəti istintaqa məlum olmayan qadını 2004-cü ildə Ağstafa rayonu, Poylu kəndi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsi və meyiti basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Aşkar edilmiş naməlum qadın meyiti ilə bağlı zəruri ekspertizalar təyin olunub.

Fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Dursun Nəbiyev iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

Hazırda ibtidai istintaq davam etdirilir.

Maraqlıdır, ölkəmizdə cinayətə görə məhdudiyyət müddəti neçə il elan edilib?

Cebhe.info-ya açıqlamasında hüquqşünas Əsabəli Mustafayev deyib ki, bu cinayətin dərəcəsindən asılıdır:

"Bizdə konkret il qoyulmayıb. Bu cinayətin dərəcəsindən asılıdır. Hər bir dərəcəyə görə məsuliyyətə cəlb etmə müddəti var. Bu, bir də istintaqın nə vaxt məlumatlı olmasından asılı olaraq dəyişir.  Bir də elə cinayətlər var ki, orada müddət tələb olunmur. Bu hal isə bəşəri cinayətləra aid edilir".

Naibə
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar