Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Təhsil Nazirliyi müəllimlərə güzəştə getdi: Sertifikasiya imtahanında əlavə vaxt veriləcək

27-02-2023, 17:39   


Təhsil Nazirliyi müəllimlərə güzəştə getdi: Sertifikasiya imtahanında əlavə vaxt veriləcək


"Bu il 35 minə yaxın müəllimin sertifikasiya imtahanına cəlb edilməsi nəzərdə tutulur. Bu il ibtidai sinif üzrə yerdə qalan regionlar, eləcə də ölkə üzrə Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimlərin biliyi yoxlanılacaq".

Cebhe.info xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə,  proses bu il oxşar qaydada aparılacaq:

"Ötənilki imtahanları təhlil edərək qənaətə gəlmişik ki, bütün fənlər üzrə əlavə 30 dəqiqə də vaxt verilsin. İmtahanın müddəti 2 saat 30 dəqiqə olaraq müəyyən ediləcək. Ümumilikdə 100 bal olacaq. Yeni qaydalar qüvvəyə minməsə də artıq bəzi qaydalar dəqiqdir".

Xatırladaq ki, sertifikasiyaya cəlb edilən müəllimlər sosial şəbkələrdə sualların çətinliyi ilə yanaşı, vaxt azlığından da şikayət edirdilər.

Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar