Bu il Bakıda “Alatava-1” qəsəbəsinin söküləcəyi gözlənir. Bu barədə Yasamal Rayon İcra Hakimiyyəti məlumat yayıb. Qəsəbə sakinləri də yerli mediaya bildiriblər ki, bu barədə onlara hələ ötən ilin sonundan məlumat veriblər.
Sakinlərdən biri qeyd edib ki, evlrəi söküləcək və yerində tikilən binada onlara mənzil veriləcək.
Yasamal Rayon İcra Hakimiyyətindən isə "Turan"a bildirilib ki, bununla bağlı artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şirkətlərin biri ilə razılıq da əldə edib: "Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin şirkətə torpaq ayrılıb".
Qurumdan qeyd olunub ki, rayon ərazisində istismar müddəti başa çatan binalar və fərdi evlər artıq siyahıya alınıb: "Evlərin bir hissəsinin bu il ərzində sökülməyi nəzərdə tutulur. Sakinlərin istəyinə uyğun olaraq bəzilərinə maddi kompensasiya ödəniləcək, bəziləri isə yeni binalarda mənzillə təmin ediləcək. Tikinti zamanı sakinlər şirkət hesabına kirayə mənzillərə köçürüləcəklər".
“AzPolitika.info”