Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Dünyanı lərzəyə gətirən virus: Azərbaycanda da yayıla bilər?

17-02-2023, 23:14   


Dünyanı lərzəyə gətirən virus: Azərbaycanda da yayıla bilər?


Kamerunda Marburq virusuna yoluxma halları qeydə alınıb.

Xəstəliyə qarşı peyvənd və dərmanın olmadığı bildirilib. Virusa yoluxan iki şəxsin Olamze kommunasında aşkar edildiyi deyilir.

Olamze Marburq virusunun yayıldığını elan edən və artıq doqquz nəfərin öldüyü Ekvatorial Qvineya ilə sərhəddədir.

Məlumata görə, Kamerundakı yoluxanlar 16 yaşlı iki gəncdir. Onlar əvvəllər Ekvatorial Qvineyada olmamış şəxslərdir. Uşaqların 42 nəfərlə təmasda olduğu müəyyən edilib.

Marburq virusunun inkubasiya dövrü iki gündən 21 günə qədər dəyişir. Hər şey yüksək hərarət, şiddətli başağrısı və ciddi nasazlıqlarla başlayır. 

Marburq Ebola ilə eyni virus ailəsinə aiddir və 88 %-dək ölüm nisbətinə malikdir. Hazırda xəstəliyin müalicəsi üçün təsdiqlənmiş peyvənd və ya dərman yoxdur.

Maraqlıdır, bu virus ölkəmizdə də yayıla bilərmi?

Cebhe.info-ya açıqlamasında infeksionist Mərdan Əliyev deyib ki, yayılma sürəti cəhətdən bu mümkün deyil:

"Hansı ölkədə ki, virus sürətlə yayılırsa, orada yeni ştam yaranır. Əslində bu, yeni bir virus deyil, bu SARS virusunun mutasiya olunmuş yeni ştamıdır. Bu da istənilən virus ola bilər: Koronavirus, influenza, qrip və sair. Həmin virusun adlandırılması isə yayılan yerlə bağlı olur. Adətən, eyni yerdə dominant olursa, ona elmi ad verilmir, yerin adı ilə adlandırılır. Lakin Azərbaycanda belə bir xəstəliyin yayılmasını gözləmirəm. Çünki həm məsafə, həm də yayılma sürəti cəhətdən bu mümkün deyil".

Naibə
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar