Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakıda böyük söküntü başlayır?

16-02-2023, 17:14   



Son illər paytaxtda müxtəlif səbəblərdən köhnə binaların sökülməsinin şahidi oluruq. 

Həmin evlərin bir çoxunun sökülməsinin səbəbi istismara yararsız olması ilə bağlıdır. Bəzi evlər isə müxtəlif layihələr, dövlət əhəmiyyətli layihələr əsasında sökülür. Paytaxtın bəzi ərazilərində Sovet dövründə tikilmiş 2,3,5 mərtəbəli binalar var ki, onların əksəriyyətinin istismar müddəti başa çatıb.

Eyni zamanda, bəzi köhnə binalar şəhərin ümumi görünüşünə xələl gətirdiyi üçün sökülməsi zəruridir. 

Bununla yanaşı, son zamanlar zəlzələ ilə bağlı narahatlıq yaranıb və təbii fəlakət baş verəcəyi təqdirdə bəzi binaların təhlükə mənbəyi olacağı iddia edilir. Bu isə həmin binaların kütləvi söküntüsünə başlanacağı barədə məlumatların yayılmasına səbəb olub.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, paytaxtda istismara yararsız binaların sayı 11 min olsa da, rəsmi qeydə alınmış qəzalı binaların sayı 150-dir: 

“İstismar müddətini bitirmiş binalar tam təhlükəli olmasa da, onlarla bağlı monitorinqlər aparmaq lazımdır. Bilmək lazımdır ki, təhlükəli olan daha hansı binalar var. Həmin 150 bina sadəcə rəsmi müraciət əsasında qeydiyyatdan keçmiş binalardır.

Ancaq monitorinqlər aparılsa, ola bilsin ki, bu rəqəm daha atrat. Bu binalar əsasən Sovet dövründə tikilmiş 2-3-5 mərtəbəli binalardır”. 

Bakı şəhər İcra Hakimiyyətindən əldə etdiyimiz məlumata görə, paytaxtda istismara yararsız 1000 bina var:

“Ümumilikdə müvafiq departamentin balansında 14 minə yaxın bina var. Qəzalı binalarla bağlı dəqiq rəqəmi isə Nazirlər Kabineti elan edir. Binanın yerləşdiyi rayonlar siyahını onlara təqdim edir. Bu gün iki ərazidə binanın köçürülməsi həyata keçirilir.

Onlardan biri Xətai rayonunda 8 Noyabr prospekti və Nətimanov rayonunda Mayakovski 15 ünvanında yerləşən binadır. Hazırda sakinlərlə danışıqlar gedir. Nazirlər Kabineti hansı bina ilə bağlı qərar verəcəksə, ora da köçürüləcək”. 

İstismara yararsız binalarda monitorinqlərin aparılmasına gəldikdə isə qeyd edilib ki, bu, FHN tərəfindən həyata keçirilir. 

Nigar Abdullayeva
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar