Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Naxçıvandan Türkiyəyə quru yolu açılıb?

23-01-2023, 19:29   


Naxçıvandan Türkiyəyə quru yolu açılıb?


Azərbaycanda 2020-ci il mart ayında COVID-19 pandemiyasının qarşısını almaq məqsədilə ölkə sərhədlərini bağlanıb. 

Sonradan dünyada və ölkədə yoluxma sayının azalması səbəbilə gediş-gəlişin bərpası haqqında qərarlar qəbul olunsa da, bu qərar quru yollara aid edilməyib. Lakin pandemiya davam etdiyi müddətdə Naxçıvan üzərindən quru sərhədlərin açılmasına qərar verilmişdi. Azərbaycanlılar Naxçıvan vasitəsilə qonşu ölkələrə, xüsusilə  Türkiyəyə gedə bilirdilər. Eyni zamanda, Türkiyədə təhsil alan minlərlə azərbaycanlı tələbə tətillərdə ölkəyə gəlmək üçün bu yoldan istifadə edirdi. Lakin bu ilin yayında ölkədən çıxmaq üçün yeganə quru yol Naxçıvan sərhədi də bağlandı. Dövlət Sərhəd Xidməti sərhədlərin Nazirlər Kabinetinin 20 iyun tarixli 232 saylı qərarına əsasən bağlandığı haqqında məlumat yaydı. 

Bəs hazırda vəziyyət necədir? Naxçıvandan qonşu ölkələrə quru yolla gediş-gəliş bərpa olunubmu? 

Məsələ ilə bağlı Cebhe.info-ya danışan araşdırmaçı jurnalist Heydər Oğuz bildirib ki, quru yollardan istifadə etmək imkanı yalnız Naxçıvan sakinləri üçündür: 

“Naxçıvan sakinlərinin Türkiyəyə keçməsinə icazə verilir. Amma Azərbaycanın başqa bölgələrindən gələnlərə icazə verilmir. Çünki bölgədə yaşayan insanların iqtisadi vəziyyətini nəzərə alaraq Naxçıvandan gediş-gəlişə qadağa qoyulmayıb. Piyada gediş-gəliş ola bilər. Minik maşınları ilə isə gediş-gəliş qadağandır. Ancaq avtobuslarla gedə bilirlər, onun üçün də gərək Naxçıvan sakini olasan. Eyni zamanda, yük maşınlarının gediş-gəlişinə icazə verilir. Lakin təkcə Naxçıvan sakinlərinə bu imtiyaz tanınır. Bu da onunla əlaqədardır ki, naxçıvanlıların başqa qazanc yeri yoxdur, gedib oradan ərzaq malları və digər məhsullar gətirirlər”. 

O, bu qaydanın Türkiyədən ölkəmizə gələnlərə də aid olduğunu qeyd edib: 

“Mən bildiyimə görə, Türkiyədən gələn tələbələrə də bu şamil olunur. Əgər onlar Naxçıvan sakinidirlərsə, keçə bilirlər. Digər bölgələrin sakinidirlərsə, keçə bilmirlər”. 

Günay Şahmar
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar