Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycanda pensiyadan imtina etmək olar?

12-01-2023, 16:51   


Azərbaycanda pensiyadan imtina etmək olar?


Son vaxtlar ən çox müzakirələrə səbəb olan məsələlərdən biri də məhz pensiya sistemi ilə bağlıdır. 

Burada əsas problem kimi iki məsələ- pensiya yaşı və pensiya kapitalı göstərilir. Hazırda Azərbaycanda əmək pensiyasının minimum məbləği 240 manatdır. Minimum pensiya məbləğinin 240 manatdan 280 manata çatdırılmasının pensiya kapitalının minimum məbləğinə də təsiri olacaq. Qeyd edək ki, 2022-ci il üzrə minimum pensiya kapitalı artırılaraq 34 560 manat təşkil edib. Ondan əvvəl həmin rəqəm 28 800 manat olub. Vətəndaşlar hazırda 65 olan pensiya yaşının azaldılmasını, eləcə də pensiya kapitalının yüksək rəqəm təşkil etdiyini bildirirlər. Başqa sözlə, nə pensiya yaşına insanların ömrü, nə də həmin kapitalı toplamağa vəsaiti çatır. Artıq pensiya kapitalı ilə bağlı rəqəmin daha da artması vətəndaşların narahatlığını daha da artırıb. Qanunvericiliyə görə, yığım kapitalı minimum təqaüddən 144 dəfə artıq olur, yəni son qərardan sonra yığım kapitalı 40 min 320 manata çatacaq. Bu qayda dəyişməsə, minimum təqaüd hər il 10-15% artıqda məsələn, 3-5 il ərzində 500 manata qalxsa, o zaman pensiya kapitalının minimum həddi 72 min olacaq. 

Azərbaycanda bir nəfər pensiya almaq istəməsə (məsələn, düsünür ki, buna onun ömrü catmayacaq, yaxud sadəcə pensiya üçün vəsai ödəmək istəmir) fonduna ödənişdən yarımçıq  imtina edə bilərmi? Bu, qanunvericilikdə nəzərdə tutulurmu? 

İqtisadçı-ekspert Rəşad Həsənov Cebhe.info-ya bildirib ki, onsuz da vətəndaşlar özləri seçim edir və bəzən əməyi leqallaşdırmırlar: 

“Yəni böyük əksəriyyət, həm sahibkar, həm də vətəndaş qeyri-qanuni işləyirlər. Hansısa formada bu öhdəlikləri yerinə yetirməkdən yayınırlar. Qanunvericiliklə belə bir seçim vətəndaşa verilmir. Məcburi sosial sığorta haqqı könüllü deyil. Adından da göründüyü kimi, məcburi prinsiplərə əsaslanır və “Sosial sığorta haqqında” Qanunla tənzimlənir. Bu, vətəndaşların seçimi əsasında təyin edilmir. Vətəndaşların seçimi əsasında könüllü şəkildə yalnız yığım hissəsinə ödənişlər edilə bilər. Yəni fərdi hesabın iki hissəsi var ki, bu, uçot və yığım hissəsidir. Yığım hissəsinə könüllü şəkildə ödənişlər edə bilər ki, pensiyası daha çox olsun. Bu isə bizdə praktikada yoxdur, işləmir”. 

Nigar Abdullayeva
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar