
Bakıdakı səfirliklərin mühafizəsi nə dərəcədə etibarlıdır?
Sülhəddin Əkbər: “Səfirliklərin mühafizəsi kifayət qədər güclüdür, lakin lazım gəlsə...”
Bakıdakı ABŞ səfirliyi qarşısında “Allahu-Əkbər” deyərək qışqıran şəxs polis tərəfindən saxlanılaraq idarəyə aparılıb və izahatı alınaraq sərbəst buraxılıb. Baş verən bu olay ABŞ və digər səfirliklərin təhlükəsizliyi məsələsini yenidən aktuallaşdırıb.
Bütün dünya üçün təhdid mənbəyi olan İŞİD probleminin hələ də çözülmədiyi bir zamanda Bakıdakı ABŞ və digər səfirliklərin mühafizəsini gücləndirmək üçün əlavə tədbirlər görməyə ehtiyac varmı?
anaxeber.info-a açıqlama verən AZDP sədri Sülhəddin Əkbər səfirliklərin mühafizəsinin etibarlı şəkildə təşkil edildiyini vurğuladı:
“Məndə olan məlumata görə, həm səfirliklərin özü, həm də Azərbaycan dövləti tərəfindən onların etibarlı şəkildə mühafizəsi ilə bağlı bütün lazımı tədbirlər görülüb, onların mühafizəsi kifayət qədər gücləndirilib. Bundan başqa, əgər ehtiyac yaranarsa, o zaman təbii ki, əlavə tədbirlər görüləcək. Hesab edirəm ki, indiki halda səfirliklərin təhlükəsizliyi ilə bağlı hər hansı narahatlığa əsas yoxdur”.
anaxeber.info