
Mehman Əliyev: “İdmançılara ayrılan pulların bir hissəsinin geri qaytarılırdığı ilə bağlı söhbətlər gəzir”
İçərisində məşhur çempionların da olduğu bir qrup güləşçi onlara vəd edilən maaş və mükafatların hələ də verilməməsinə etiraz əlaməti olaraq öz narazılıqlarını dilə gətirib.
Maraqlıdır, idmana və idmançılara hər zaman böyük qayğının olduğu iddia edilən Azərbaycanda belə bir narazılığın meydana çıxması nə ilə bağlıdır? Doğrudanmı, ölkənin maliyyə durumu hətta idmançılara belə vəd edilən pulu ödəməyə imkan vermir?
anaxeber.info-a açıqlama verən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev baş verənlərlə bağlı maraqlı fikirlər səsləndirib:
“Azərbaycanda heç vaxt idmana qayğı olmayıb. Sadəcə, gözdən pərdə asmaq olub. Bir də idmana ayrılan vəsaitlərin oğurlanması, yeyilməsi prosesi baş verib. Söz-söhbətlər eşidirik ki, idmançılara ayrılan pulların bir hissəsi sonradan geri qaytarılır. Yəni onlara bu vəsaitlər o şərtlə verilir ki, daha sonra onların bir hissəsini geri qaytarsınlar. Dırnaqarası nailiyyətlıərdən istifadə edib əsaslandırırdılar ki, idmana gedən vəsaitlər özünü doğruldur. Görürsünüzmü, idman bizdə inkişafdadır. Lakin biz baxıb görürük ki, Azərbaycan komandasının əksər üzvləri legionerlərdir. Yerli idmanın inkişafı yoxdur. Ölkədə ciddi böhran var. Benzinin qiymətinin artması, AMEA əməkdaşının preizdentə məktubu və s. ölkədəki gərginlikdən xəbər verir.
anaxeber.info