
Hörmətli media nümayəndələri ümid yerimiz sizə qalıb. Sizdən xahişimiz bizim dərdimizə bir çarə qılasız və bizim məhəlləmizin problemini işıqlandırasınız. Binəqədi rayonu 8-ci mikrorayon İ.Dadaşov küç. 91saylı binanın arxa tərəfindəki məhəlləmizin yaşıllıq zonası məhv edilərək yerində obyekt tikintisi üçün bağlanmışdır. Müvafiq qurumlara qonşularla etdiyimiz müraciətlərimizə baxmayaraq hələdə heç bir cavabdeh qurum heç bir tədbir görməyib! Qonşular adından sizdən xahiş edirik ki, məhəlləmizin bu problemini işıqlandırıb obyekt tikintisinə havdarlıq edən məmurlarla mübarizə də bizə kömək edəsiz. Sizə Prezident Aparatına, Cənab Prezidentə, birinci vitse Prezident Mehriban xanıma, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Fövqaladə Hallar Nazirliyinə, Təbii Sərvətlər və Ekologiya Nazirliyinə, Heydər Əliyev Fonduna, İDAYA İctimai Birliyinin rəhbəri Leyla xanım, atikintiyə və ağacların məhv edilməsinə icazə verən müvafiq icra hakimiyyəti orqanlarına yaşıllıq zonasının məhv edilməsinin dayandırılması və qonşuların şikayət ərizələrinin nüsxəsini, qonşuların etiraz imzalarını və həmin ünvandan yaşıllıq zonanın məhv edilməsi və hasarlanmasını göstərə şəkilləri göndərirəm.
Köməkliyinizə görə qonşular adından sizə dərin təşəkkürümüzü bildiririk!










Sakin:
Hüseynov Mehdi Mikayıl oğlu
Əkbərov Xıdır Səfər oğlu.