
Elçin Şıxlı: “Bu, sovetdən qalma ənənədir”
“Jurnalistlərə ev verilirsə, gərək müəllimlərə, həkimlərə, mühəndislərə də verilsin”
“Jurnalistlər üçün mənzil tikintisi dayandırılmalıdır”.
Bunu anaxeber.info-a açıqlamasında Ayna.az saytının baş redaktoru Elçin Şıxlı bildirib. Media ekspertinin sözlərinə görə, bu, sovetdən qalan və özünü doğrultmayan bir ənənədir:
“Bu, sovetdən qalan bir ənənədir və doğru bir addım sayıla bilməz. Çünki jurnalistlərə ev tikilirsə, bu məntiqlə həkimlərə, müəllimlərə, mühəndislərə, digər şəxslərə də ev tikmək lazımdır. Odur ki, jurnalislətərin mənzillə bu şəkildə təminatını məqsədəuyğun saymıram. Bu gün Bakı şəhərində kifayət qədər mənzil olsa da, bu mənzilləri almaq hər adama müəssər olmur. Ölkədə elə bir şərait yaratmaq lazımdır ki, tək jurnalistlər deyil, hər bir vətəndaş mənzilə olan tələbatını ödəyə bilsin. Buna nail olmaq lazımdır”.
anaxeber.info
Seymur Əliyev