Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Arif Qasımovun adı "MTN isi"nde - SOK ACIQLAMALAR

24-11-2016, 09:35   

Paytaxtın Nizami rayon icra başçısının ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyindəki şəbəkə ilə əlaqələri aktuallaşıb. MTN işi üzrə gedən məhkəmə prosesi icra hakimi Arif Qasımovun sabiq nazir Eldar Mahmudovla münasibətlərini yenidən gündəmə gətirib…
, Arif Qasımovun paytaxt rayonuna rəhbər gətirilməsində Eldar Mahmudov və qayınının böyük zəhməti olub.

Arif Qasımovun paytaxt rayonlarından birinə transfer olunacağı MTN işindən 1 il əvvələ təsadüf etməli imiş.

Lakin Eldar Mahmudovun başının qarışıq olması onun təyinatını yubadır. Araya A.Qasımovun MTN-də şöbə rəisi olan qayının qarışması və nazirlikdə əsas əlaqələrindən yararlanması prosesi sürətləndirir.

Mənbə xatırladır ki, Arif Qasımovun təyinatından 1 ay sonra MTN rəhbəri işdən çıxarıldı, onun ətrafındakı generalitet təmizləndi.

Həmin vaxt MTN-də şöbə rəisi işləyən və dəstənin əsas üzvlərindən biri sayılan şöbə rəisinin karyerası sual altına düşür. Qayının həbs olunması məsələsi gündəmə gəlir.

Bu zaman Nizaminin icra başçısı yüksək çinli məmurlarla görüşərək, onlardan bu addımın atılmamasının xahişini edir və bəzi məsələlərə zamin dayanır.

A.Qasımov bu jesti ilə qaynını nə vaxtsa bu post gətirilməsində göstərdiyi əməyinə görə mükafatlandırır. Ona olan borcunu yerinə yetirmiş icra başçısı indi Nizamini əvvəl rəhbəri olduu Siyəzənin gününə salıb.

İcra başçısı Bakının bu əsas rayonunda ən vacib olan yaşıllıqlara qənim kəsilib. Onun ağaclarla xüsusi düşmənçiliyi yoxdur. Sadəcə, tamah və mənfəət ucbatından meşəliklərə də qənim olub.

A.Qasımovun gəlişindən sonra rayonda küçələrin bərbad olması, ağacların kəsilərək ərazilərin baha qiymətə satılması indi dəb halına çevrilib. Küçələrin arasındakı ağaclıqların məhv edilərək 10-15 min manat alınaraq çayxanaya çevrilməsi sıradan bir hadisə sayılır.

Nizamidə avtoyuma məntəqələrinin durmadan artmasıda maraq doğuran hallardır. Köhnə icra başçısının əməllərini davam etdirən A.Qasımovun daha bir gəlir yeri avtoyuma məntəqələrindən yığılan pullardır.

MTN işindən sonra icra başçısı “Vosmoy” bazarına sahiblənmək uğrunda savaşır. Akif Çovdarov və Hilal Əsədovun əlindən çıxan bu böyük bazar üstündə mübarizəyə girişənlərdən biri də A.Qasımovdur.

Xatırladaq ki, Arif Qasımov 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda – Xanlıqlar kəndində anadan olub. O, Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı və Naxçıvan Dövlət Universitetini hüquqşünas iftisasları üzrə bitirib.

Əmək fəaliyyətinə başladıqdan sonra müxtəlif vəzifələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayonu İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi vəzifələrində işləyib.

İcra hakimi vəzifəsinə təyin olunana qədər isə Nizami Bələdiyyəsinin sədri olub. İndiki vəzifəsi haqda sərəncamdan öncə Arif Qasımov prezidentin 19 iyul 2011-ci il tarixli sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Qarşı tərəfi dinləməyə hazırıq.(Politika.Az)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar