Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Əhmədzadəyə xəyanət edən “Pul Tahirin” keçmiş başçı ilə korrupsiyası

6-05-2016, 08:52   
Əhmədzadəyə xəyanət edən “Pul Tahirin” keçmiş başçı ilə korrupsiyası

Salyan Suvarma Sistemləri İdarəsinin müdiri dövlət vəsaitlərini mənimsədiyinə görə həbs oluna bilər.

Salyanın keçmiş icra başçısı Tahir Kərimova arxayın olan Salyan Suvarma Sistemləri İdarəsinin müdirinin külli miqdarda dövlət vəsaiti mənimsədiyi iddia olunur; Tahir Yusifov rəhbəri Əhməzadəyə qarşı kobudluq edib; öz rəhbərinin töhmətlərini və tapşırıqlarını dinlədikdən sonra Əhmədzadəyə bütün məsələlərlə bağlı icra başçısı Tahir Kərimova müraciət etməsini deyib….

“Tahir Yusifov özünə yaxın olan bir kiçik müəsissə ilə hər il müqavilə bağlayaraq torpaqlarda meliorativ işlərin görülməsi adı altında külli miqdarda vəsaitlər silir. Drenlərin təmizlənməsi maxinasiyası isə eyni bu qaydada həyata keçirilir. Göründüyü kimi il ərzində dövlətin milyionlarını göyə sovuran Tahir Yusiova Salyanda dur deyən yoxdur. Əbəs yerə rayonda ona “Pul Tahir" ayaması qoymayıblar. Çünki hər kəsi pulnan almağı yaxşı bacaran Tahir Yusifovun nə vaxtsa qarşısına haram pulları almayan kimsənin çıxmasına olan inamımız hələdə qalır”.

Bu barədə Salyandan AzFakt.com-a ünvalanan şikayət məktubunda bildirilir. Qeyd edək ki, Salyan Suvarma Sistemləri İdarəsinin müdiri Tahir Yusifovun korrupsiya əməlləri barədə son zamanlar mətbuatda ciddi ittihamlar səsləndirilməkdədir. Salyandan AzFakt.com-a ünvalanan şikayət məktubunda isə yeni faktlar səsləndirilməkdədir. Həmin məktubda ən maraqlı fakt isə Tahir Yusifovun adaşı, Salyanın keçmiş icra başçısı Tahir Kərimovla birləşərək Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadəyə xəyanət etməsidir. Məktubda qeyd olunur ki, Salyanın keçmiş icra başçısı Tahir Kərimovla yaxın münasibətlərdə olan Tahir Yusifov icra başçısına o qədər arxayın olub ki, hətta Meliorasiya və Su Təsərrüfatı ASC-dən gələn tapşırıqları belə yerinə yetirməkdən imtina edib. İddiaya əsasən buna görə hətta bir dəfə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə zəng edib. Lakin Tahir Yusifov öz rəhbərinin töhmətlərini və tapşırıqlarını dinlədikdən sonra Əhmədzadəyə bütün məsələlərlə bağlı icra başçısı Tahir Kərimova müraciət etməsini deyib. Bundan sonra isə Əhmədzadə həddindən artıq qəzəblənsə də, Tahir Yusifov heç bir şeyə əhəmiyyət verməyib.

Məktubda qeyd olunur ki, Tahir Yusifov Tahir Kərimovla əlbir şəkildə son 4 il müddətində dövlətin külli miqdarda vəsaitini mənimsəyiblər. Mənimsənilən vəsaitin görə isə Salyandakı minlərlə hektar əkin sahəsi tamamilə şoranlaşmaqdadır.

Qeyd edək ki, Tahir Kərimov iki ay əvvəl prezidentin etimadını doğrultmadığına görə tutduğu vəzifədən azad olunub. Onun yerinə isə Yardımlının icra başçısı Sevindik Hətəmov təyinat alıb. Aldığımız məlumata görə rayona təyin olunan yeni icra başçısını dəm dəskahlı qarşılayan Tahir Yusifov bir an belə onun ətrafından çəkilmək istəmir. Bunun əsas səbəbi isə Sevindik Hətəmovun Salyan Suvarma Sistemləri İdarəsində baş alıb gedən korrupsiya faktları və yüzlərlə şikayətdən xəbərdar olmasıdır. Elə bu üzdən Əhmədzadənin qara siyahısında olan Tahir Yusifov Tahir Kərimova yarındığı kimi Sevindik Hətəmova da yarınmağa çalışır. Lakin Salyandan aldığımız məlumata görə Sevindik Hətəmov Tahir Yusifovun “yağlı” dilinə və “dolu kisəsinə” o qədər də meyl göstərmir. Hətta Salyanda bəziləri yaxın günlərdə Tahir Yusifovun korrupsiya ittihamı ilə həbs olunacağını deyirlər.

Qeyd edək ki, salyandan daxil olan şikayət məktubunda Tahir Yusifovun keçmiş icra başçısı Tahir Kərimovla birlikdə həyata keçirdiyi korrupsiya faktları ilə bağlı detallı məlumatlar var. Həmin məlumatları bir daha dəqiqləşdirdikdən sonra ictimaiyyətin diqqətinə cəlb edəcəyik.

Qarşı tərəfin mövqyeini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar