
Bu günlərədə Realmedia.az xəbər saytına Füzuli rayon Balabəhmənli kənd sakini Cəfərov Telxan Allahverdi oğlu şikayət ərizəsi ilə müraciət etmişdi.Müraciəti siz oxuculara olduğu kimi catdırırıq.
Şikayətdə kənd sakini bildirir ki,1997-ci ildə hələ torpaqlar islahata getməmişdən əvvəl,payı bəlli olan fermer təsərrufatı yaratmaq ücün,64 nəfərdən ibarət üzv toplamaqla,o vaxtı rayona rəhbərlik edən,İcra başcısı Nəbi Muxtarova müraciət etdik.İcra hakimiyyətinin qərarı ilə bizə,18 hektar yer ayrıldı və həmin yerdə,”Yalcın”83 adı ilə payı bəlli fermer təsərrüfatı yaratdıq.Həmin sahədən 2011-ci ilin yazına kimi,istifadə etmişik.2011-ci ildə Alı Alıyev rayona İcra başcısı təyin olunandan həmin ildən Füzulilərin qara günləri başladı.Alı Alıyev rayonda eyni zamanda komissiyanın sədri olmaqla qərar verdi ki,torpaq islahatları yenidən ölcülsün.Bu məsələni eşidən kimi mən İcra başcısının qəbuluna düşərək,bir(aqronom)mütəxəssis olaraq onda xahiş etdim ki,məni həmin komissiyanın tərkibinə yazın.Buna İcra başcısı razılıq vermədi.Sonra Alı Alıyev öz yaxınları başda olmaqla,kənd bələdiyyə sədri,eyni zamanda Əhmədbəyli,”4 YOL “adlanan ərazidə yerləşən bazar müdiri Hüseyin Əliyevi torpaq şöbəsinin mütəxəssisi,Cəfər adlı şəxsi həmin tərkibə saldı.Onuda qeyd edim ki,18 hektar torpaq sahəmizi,dövlət aktı (JN-0038)Kod 60606048 olan yerimin müəyyən hissəsindən kəsərək,Hüseyin Əliyev öz bacısı oğlu,eyni zamanda,bazarında pul yığan İsmayılov Eldəniz,və Elvin qardaşlarına vermişdi.
Hörmətli Redaksiya onuda qeyd edim ki,Hüseyin Əliyev Alı Alıyevin sağ Əli və makleri olduğuna görə,onu rayon sığorta agentliyinin müdiri təyin edib.Əvvəl ticarət sahəsində işləyən,ticarətçi anbardar Hüseyin Əliyevin bu sahəyə gətrilməsi hansı məqsədləri güdür???
Alı Alıyevin adamlarının vasitəsi ilə,əlimdən alınan torpağımızın müəyyən hissəsinin geri qaytarılması ücün rayon məhkəməsinin sədri Məhəmməd Bağırova rəsmi müraciət etmişəm.Hesab edirəm ki,toplanmış sənədlər,məhkəmədə araşdırılaraq öz təsdiqini tapacaq.Hakimin ədalətli qərar qəbul edəcəyinə inanıram.
Bildirmək istəyirəm ki,rayon ictimaiyyəti bu gündə İcra başcısından narazıdır.Ona görə ki,başcı yaxın adamlarının vasitəsi ilə,Hüseyin və digər kimilərindən bəhrələnərək,əlbir olaraq,sakinlərin əlindən torpaqlarını alaraq,Bələdiyyənin vasitəsi ilə satırlar.Adı cəkilən əvvəl bələdiyyə sədri işləmiş,o cümlədən rayon bazarının rəhbəri işləmiş,Hüseyin Əliyev İcra başcısının vasitəsi ilə,rayonda 40 illik torpaqları 40 günə satanlardandır.
Alı Alıyev bu və digər hərəkətlərinə görə Füzulidə nüfuzdan düşüb və bu yaxınlarda hakimiyyətdən gedəcəyi vurğulanır.
Cəfərov Telxan Allahverdi oğlu.