Biləsuvar Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis müavini təyin edilib.
"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis kapitanı Nicat Orucov Biləsuvar RPŞ-nə xidmət üzrə rəis müavini təyin olunub. N.Orucov bundan əvvəl Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru vəzifəsində işləyib.