Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Gömrük polkovniki 300 minlik maşını hansı gəliri ilə alıb? - Video

9-04-2016, 12:42   
Gömrük polkovniki 300 minlik maşını hansı gəliri ilə alıb? - Video
Doğurdanmı Dövlət Gömrük xidməti polkovniki Miryunis İsayev idarə etdiyi 300 minlik maşını qanuni gəliri ilə əldə etdiyini sübut edə bilər?


Təbii ki, bu məsələni araşdırmaq və bu sualın cavabını vermək Dövlət Gömrük Komitəsinin və hüquq-mühafizə orqanlarının işidir.

Son zamanlar Dövlət Gömrük Komitəsinin əməkdaşlarının qanunsuz gəlirlər, həmçinin korrupsiya yolu ilə həddindən artıq böyük sərvətə sahib olmaları barədə mətbuatda təkzib olunmaz faktlara dayanan məlumatlar yayımlanmaqdadır. Xatırladaq ki, iki gün əvvəl arqument.az saytı Dövlət Gömrük Komitəsinin sədr müavini, general-leytenant Əsgər Abdullayevin 10 milyon manata inşa etdirdiyi malikənənin fotolarını yaymışdı. Bir gün əvvəl isə ölkənin demək olar ki, bütün medira orqanlarına Dövlət Gömrük Komitəsində dönən dolablar barədə komrpamat məlumat daxil oldu. Bu məlumatlarda Gömrük Komitəsinin sədri Aydın Əliyev və sədrin birinci müavini Səfər Mehdiyev barədə çox ilginc məlumatlar ictimaiyyətin diqqətinə cəlb edildi.

BU YAZINI DA OXUYUN: Gömrük generalının 10 milyonluq malikanəsi - Fotolar

Dünən axşam saatlarında isə Qafqaznews.az saytı Dövlət Gömrük Komitəsinin polkovniki Miryunis İsayevin 300 min manatlıq maşında gəzməsi barədə məlumat yaydı. Sayt yazır ki, Miryunis İsayevi adı 265 min manatlıq fırıldaqda hallanan Zöhrab Zülfi oğlu Əliyevin qohumu olması ilə əlaqədar olaraq araşdırıblar. Çünki Dövlət Gömrük xidməti polkovnikinin öz qohumunun böyük dələduzlucunun arxasında durması ehtimalı ortada olub. Və ortaya çox şok məlumatlar çıxıb.

Saytın apardığı araşdırma nəticəsində isə məlum olub ki, Dövlət Gömrük xidməti polkovniki Miryunis İsayev 10 -CA- 500 dövlət nömrə nişanlı qara rəngli “Mercedes” S klass 500 markalı, qiyməti 300 min dollar dəyərində olan avtomobildə gəzir. Miryunis İsayev məmur olduğu üçün avtomobili başqa bir şəxsin adına sənədləşdirilsə də, həmin avtomobilə oğlu- İsayev Cavid Miryunis oğlunun adına etibarnamə verilib. Sayt bildirir ki, axşamlar işdən sonra, hətta gömrük polkovniki harasa istirahət etməyə gedərəkən belə, bu avtomobilə etibarnaməsi olmasa da, özü idarə edir. Avtomobil hər axşam onun Xətai metrostansiyasının arxasında, yaşadığı binanın altındakı qarajda saxlanılır.

BU YAZINI DA OXUYUN: Dövlət Gömrük Komitəsində nə baş verir? - Kimlərin“torbası tikilir”

Təbii olaraq ortaya sual çıxır: Aylıq maaşı 1000 manatdan az olan bir dövlət məmuru 300 min dollar pulu hardandır ki, axırıncı model S klass 500 markalı avtomobili hansı gəliri ilə alınıb. Doğurdanmı Dövlət Gömrük xidməti polkovniki Miryunis İsayev idarə etdiyi 300 minlik maşını qanuni gəliri ilə əldə etdiyini sübut edə bilər?

Təbii ki, bu məsələni araşdırmaq və bu sualın cavabını vermək Dövlət Gömrük Komitəsinin və hüquq-mühafizə orqanlarının işidir. Ancaq Azərbaycan cəmiyyətində heç kim 1000 manatdan az maaşı olan bir məmurun 300 min manatlıq maşın sürməsinə görə hesab verəcəyini zənn etmir. Çünki belə hallar hər addımda rastlaşdığımız adi şeylərdi. Qeyri adi hal isə Dövlət Gömrük xidməti polkovniki Miryunis İsayevin 2-3 min manatlıq maşında gəzməsi olardı.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəflərlə korrupsiyaya qarşı mübarizəni sərtləşdirməyi tələb etsə də, korrupsioner məmurlar açıq şəkildə prezidentin bu tələbəlrini eşitməməzlikdən gəlirlər. Son bir ildə isə böyük korrupsiya hadisələri ilə bağlı qalmaqallı həbslər həyata keçirili. Lakin belə görünürü ki, bu həbslər bir çoxları üçün həyəcan siqnalına çevrilməyib.

Xatırladaq ki, gömrük xidməti polkovniki Miryunis İsayev Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 31 yanvar 2008-ci il "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
[media=https://www.youtube.com/watch?v=O5qhpCvEEhg]
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar