Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Məmurlar şəhid dəfnlərində niyə görünmür?

5-04-2016, 09:26   

Sehid defnHökumət həssas məsələlərdə həmişəki kimi «2» alır

Artıq 5 gündür ki, cəbhə bölgəsində fasiləsiz döyüşlər gedir. Nəticədə onlarla əsgərimiz şəhid olub, xeyli sayda yaralılarımız var. Eyni zamanda düşmən tərəf də böyük itkilər verib, ordumuzun bəzi yüksəklikləri ələ keçirdiyi bildirilir.

Amma bu həssas məqamda bir daha göründü ki, hökumət vəziyyətə adekvat hərəkət edə bilmir. Müdafiə Nazirliyi yanlış məlumat yayanlara xəbərdarlıq edir, amma rəsmi olaraq həqiqəti də ictimaiyyətlə paylaşmır. Hamı sosial şəbəkələrdən xəbər tutur ki, kimsə şəhid olub, kimsə torpağa tapşırılıb və s. Yaxud, cəbhə bölgəsində yaşayan adamlar Bakıda yaşayan qohumlarına məlumat verir və belə məlumatlar ictimailəşir. Yəni, dəqiq olmayan informasiyaların yayılmasında, insanların təlaş içində qalmasında əsas məsuliyyəti hökumət daşıyır. Hökumət həm dəqiq, həm də operativ informasiya çatdırmalıdır ki, jurnalistlər, sıravi vətəndaşlar da bu informasiyaya istinad etsinlər. Əgər 12 nəfər şəhid olubsa, bu adamların adı dərhal ictimailəşməliydi. Ilk gündən başlayaraq rəsmi məlumat bir gün gecikməylə ortaya çıxdı.


Amma toxunmaq istədiyimiz əsas məqam bu da deyil. Hamımız qardaş Türkiyədə şəhidlərin necə dəfn olunduğunu, hansı coşğuyla qarşılandığını, hökumət adamlarının dəfn mərasimində necə iştirak etdiyini görürük. Amma 5 gündür ölkə yarım müharibə şəraitindədi, rəsmi etiraf olunan 12 şəhidimiz var və heç bir hökumət adamı gözə dəymir. Deputatlar, nazirlər, administrasiya yetkililəri yoxa çıxıblar. Nə hansısa vəzifəlinin şəhid ailələrinə başsağlığı verdiyini görürük, nə də bu vəzifəlilərin dəfndən görüntüləri var. Ümumiyyətlə, şəhidlərin nə vaxt, harda torpağa tapşırılacağı haqda da məlumat verilmir. Heç olmasa belə həssas məqamlarda baş nazir və müavinləri xalqın işinə getsinlər, təyinatla parlament kreslosunu zəbt edənlər görüntü xatirinə şəhid ailələrinin yanında olsunlar. Bəs, bu komanda nə vaxt xalqın qeydinə qalacaq, nə vaxt şəhidin qarşısında baş əyəcək?

Əgər Avropadan hər hansı tənqid gəlsəydi, hansısa müxalifət lideri ölkədəki ədalətsizlikdən danışsaydı, indi bütün hökumət komandası xor oxuyardı. Nə şəhidin yanında olmağa iradələri, nə də Rusiyanın ermənipərəstliyinə etiraz etməyə cəsarətləri var.

Bir sözlə, “Qarabağ boyda dərdimiz var” deyənləri, dərdli şəhid ailələrinin yanında görmədik. Hökumət bu məsələdə də “sinifdə qaldı”, “2″ aldı. Heç olmasa ətrafda baş verənlərdən dərs çıxarmaq lazımdır. Bu da demokratik islahat aparmaq deyil ki, hökumətin maraqlarına toxunsun.

Akif
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar