Abşeron-Xızı Regional Təhsil İdarəsi rusdilli Babaxanov Əlixan Babaxan oğlunun rus dili bölməsinə qəbul edilməməsi barədə ailəsinin şikayətinə münasibət bildirib. Anaxeber.info-ya göndərilən açıqlamada rəsmi aydınlıq gətirilib.
Bildirilir ki, 2022-2023-cü tədris ilində ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələrində I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı təşkil olunmuş müsahibənin nəticəsindən narazı qalan vətəndaşların apelyasiya komissiyasına edilən müraciətlərin baxılma prossesi yekunlaşdırılmışdır: " 2022-2023-cü tədris ilində AXRTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I sinfinə elektron şagird qəbulu ilə əlaqədar yaranan digər mübahisəli məsələlərin həlli ilə bağlı vətəndaş müracətlərinin hər biri valideynlərin iştirakı ilə baxılmışdır. Babaxanov Əlixan Babaxan oğlunun müsahibə prosesində tələb olunan əsas beş meyar üzrə nəticələri qeyri məqbul hesab edildiyindən komissiyanın rəyinə əsasən müsahibə mərhələsindən keçməmiş hesab olunur. Sözügedən məsələ ilə əlaqədar olaraq vətəndaş yenidən AXRTİ-nə dəvət olunaraq müsahibə prosesindəki videogörüntüyə birgə baxılacaqdır. Qeyd edək ki, Apelyasiya komissiyasının yaradılmasının əsas məqsədi vətəndaşların müraciətlərinə obyektiv və hərtərəfli baxılması, işçi qrupun fəaliyyətinin nəticələri ilə bağlı müraciətlərin tənzimlənməsi istiqamətində tədbirlər həyata keçirilməsi, təhsil haqqında qanunvericiliyə və digər normativ aktlara uyğun qərar qəbul olunmasını təmin etməkdən ibarətdir. Qeyd edək ki, tədris digər dildə aparılan bölmələrində I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibə valideyn və ya qanuni nümayəndələrin iştirakı ilə 3 nəfər müəllimdən ibarət komissiya tərəfindən həyata keçirilir. Şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə tədris digər dildə aparılan bölmələrində I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibə prosesi zamanı videoçəkiliş aparılır. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədilə I sinfə şagird qəbulu elektron sistem vasitəsilə aparılır. Bu, təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şəffaflığın təmin edilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması və cəmiyyətdə informasiya texnologiyalarından istifadə göstəricilərinin artırılması məqsədlərinə xidmət edir".
Anaxeber.info-ya