Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Nazir Vilayət Eyvazov qazilərin probleminə operativ reaksiya verdi, həllini tapdı

8-07-2023, 15:16   





"Vesta Construction" şirkətindən pulunu ala bilməyən qazilərin Daxili İşlər naziri Vilayət Eyvazova müraciətindən sonra məsələ müsbət həllini tapıb. Qazilərə olan borcunu ödəməyən şirkət uzun müddət idi ki, Qarabağ qazilərini süründürür, onlara ödəməli olduğu 61 min manatı vermirdi. Lakin qazilərin DİN rəhbəri cənab Vilayət Eyvazova müraciətinə dərhal operativ reaksiya verilib. Nazirliyin qazilərin problemini diqqətdə saxlaması və araşdırması nəticəsində sözügedən şirkət borcun 40 min manatını ödəyib, yerdə qalan hissəsini də verəcəyini söyləyib. Qazilər Anaxeber.info vasitəsi ilə bu çətin məsələdə verdiyi dəstəyə, etdiyi köməyə görə nazir Vilayət Eyvazova minnətdarlıq bildiriblər. "Cənab nazir, biz bilirdik ki, sizə edilən müraciətlər nəticəsiz qalmır. Bu dəfə də belə oldu və təəccüblənmədik. Çünki Daxili İşlər Nazirliyinə və onun rəhbərliyinə olan müraciətlər, xahişlər hər zaman həllini tapır. Bu məsələdə də siz Qarabağ üçün döyüşmüş qazilərin haqlı tələbinin yanında oldunuz və müraciətimizə operativ reaksiya verildi. Buna görə siz təşəkkür edirik. Hər bir vətəndaş polisinə, onun orqanlarına və Daxili İşlər Nazirliyinə güvənir. Cənab nazir, bizə böyük bir çətinliyi aşmaqda yardım etdiniz, çox sevincliyik, çünki min pulu ala bilmirdik və işlərimiz zəifləmişdi. Bir daha təşəkkür edir, sizə və daxili işlər orqanlarının əməkdaşlarına minnətdarlıq edirik".

Azər Talıbov

Anaxeber.info 







Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar