Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Gədəbəyin Bryanskda doğulan 36 yaşlı icra başçısı...

22-06-2023, 17:20   




Gədəbəydə baş verən son proseslər rayonun icra başçısı Orxan Mürsəlovu gündəmə çevirib.

Axar.az xəbər verir ki, Orxan Çingiz oğlu Mürsəlov 1986-cı il iyulun 26-da Rusiyanın Bryansk şəhərində anadan olub.

2004-cü ildə Bakı şəhərindəki 95 saylı orta məktəbi, 2008-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsini politologiya ixtisası üzrə bitirib. 2008-09-cu illərdə DSX-də xidmət keçib.

2010-2012-ci illərdə Dövlət İqtisad Universitetində biznesin idarəedilməsi – marketinq üzrə magistr təhsili alıb.

2010-cu ildən – 24 yaşından Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş və Ərazi-təşkilat məsələləri şöbələrində müxtəlif vəzifələrdə çalışıb.

2022-ci il 11 avqustdan Gədəbəy RİH-nin başçısıdır.

Rus və ingilis dillərini bilir.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar