Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Vətəndaşların çarəsizliyindən istifadə edən “AZAL”

22-06-2023, 14:25   


Vətəndaşların çarəsizliyindən istifadə edən “AZAL”  


Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,9 dəfə, Gürcüstana gedənlərin sayı 36,5 faiz artmış, İrana gedənlərin sayı 29,1 faiz, Türkiyəyə gedənlərin sayı 0,4 faiz azalıb. 

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Gedənlərin sayının azalması isə birbaşa "AZAL"-ın qoyduğu qiymətlərin yüksək olmasından irəli gəlir. Xüsusilə, quru sərhədlərinin bağlanmasından sonra “AZAL” biletlərin qiymətini 2-3 dəfəyə qədər artırıb. 

Bu qiymətlər isə orta təbəqənin belə cibinə uyğun deyil. Çünki onsuz da vətəndaşların xərcləri 1 ildə kifayət qədər artıb. 

İqtisadçı Fuad İbrahimov Cebhe.info-ya açıqlamasında bildirib ki, biz bu baxımdan region ölkələrindən belə geridəyik:

“Birincisi, nəzərə almaq lazımdır ki, quru sərhədləri bağlıdır. Əlbəttə ki, bunun qiymətlərə böyük təsiri var. Hava nəqliyyatı ilə bağlı daşınmada vətəndaşlara xidmət nöqteyi-nəzərindən elastiklik görmürük. Ən azından, regionda olan ölkələrdə- Rusiyada, Gürcüstanada, Türkiyədə bu istiqamətdə işlər görülüb. Amma biz bu baxımdan region ölkələrindən belə geridəyik. Hər hansı bir irəliləyiş də yoxdur. Bu gün xərclərin çoxalması bir çox vətəndaşlarımızın sərhəddən çəkilməsinə yol açıb. Bunun adı isə inhisarçılıqdır”. 

O bildirib ki, bu, həm də vətəndaşdan istifadədir: 

“Məsələn, bu gün tələbələrin Türkiyə və ya başqa ölkələrə getməsi vacibdir. Həmçinin, mövsümü olaraq vətəndaşlar harasa getmək istəyir. Bu öz yerində. Eyni zamanda, bilirlər ki, nəyin bahasına olursa- olsun, şəxs borca-xərcə girəcək, çünki getməlidir, bu da artıq onları maraqlandırmır.

Baxmayaraq ki, “Buta” açılıb, yenə də digər ölkələrlə müqayisədə bizdə bilet qiymətləri çox bahadır. Qiymət artımı əvəzinə vətəndaşların xərclərini də nəzərə almaq lazımdır. Bu, bir növ vətəndaşdan istifadədir. Vətəndaşın məcbur qalması halından, mövsümdən də öz xeyirlərinə istifadə edirlər”. 

Naibə
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar