Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Pandemiya başa çatdı: Bəs koronavirus?

7-05-2023, 11:30   


Pandemiya başa çatdı: Bəs koronavirus?


“COVID-19 xəstəliyinə səbəb olan yeni növ koronavirus SARS-CoV-2-nin tamamilə məhv edilməsi çox çətin, hətta qeyri-mümkündür”. 

Cebhe.info xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar proqramının direktoru Maykl Rayan Cenevrədə keçirdiyi brifinqdə bildirib.

Bununla belə, o, bu infeksiyanın əhalinin sağlamlığı üçün yaratdığı təhlükəni aradan qaldırmağın mümkün olduğunu bildirib. COVID-in mövsümi bir xəstəliyə çevrilib-çevrilmədiyi barədə fikirləri şərh edən Ümumdünya Səhiyyə Təşkilatının proqram direktoru bunun “dalğalarla gələn dövri və ya epizodik xəstəlik” olduğunu açıqlayıb:

"Bu dalğalar mövsümlərə görə olduğu kimi yeni koronavirus variantlarının ortaya çıxması ilə idarə olunur".

Rayan əlavə edib ki, COVID-19 qrip kimi yaxın təmasda olan böyük qrup insanlar arasında daha asan yayılır:

“Yəni bu virusun bəzi mövsümü keyfiyyətləri var, lakin mövsümü deyil”. 

Proqramın direktoru qeyd edib ki, qışda bu virusun yüksək aktivliyini proqnozlaşdırmaq olar.

Məlumat üçün bildirək ki, ÜST-nin Baş direktoru Tedros Adan Qebreyesusun cümə günü COVID-19 fövqəladə halının sona çatması ilə bağlı açıqlama verib.  “Ancaq bu, xəstəliyin bitdiyi anlamına gəlmir”,- Rayan deyib. 

"Biz keçid mərhələsindəyik və ayıq olmalıyıq Koronavirus pandemiyasının sona çatmasından danışmırıq. Yaxşı xəbər odur ki, ictimai səhiyyə fövqəladə halı başa çatdı",-deyə o fikirlərini yekunlaşdırıb.

Xatırladaq ki, ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus ərəfəsində təşkilatın artıq COVID-19 koronavirusunu qlobal sağlamlıq üçün xüsusi təhlükə kimi qəbul etmədiyini bildirib. Beləliklə, pandemiya başa çatıb.

Xəzər
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar