Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“AKARIN BƏYANATI İRƏVANA XƏBƏRDARLIQDIR” – “Bunun Ermənistan üçün ağır nəticələri olacaq”

6-05-2023, 11:35   



“Türkiyənin müdafiə naziri Hulusi Akarın İrəvanla Bakı arasında yeni eskalasiya təhlükəsinin olduğunu bildirməsi Ermənistana xəbərdarlıq mahiyyəti daşıyır”.

“AzPolitika.info” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, Akar sülh sazişinin imzalanmasının yubanmasının yeni münaqişə riskini artırdığını bu sözlərlə izah edib.

Xatırladaq ki, nazir Vaşinqtonda sülh danışıqlarının gedişind belə bir açıqlama verib: “Vəziyyət qeyri-sabitdir və get-gedə sülh sazişinin tezliklə imzalanmasına ümidimiz sönür. Hazırda münaqişə dondurulsa da, razılaşmanın uzadılması ilə hərbi əməliyyatların bərpası təhlükəsi artır”.

E.Şahinoğlu vurğulayır ki, Nikol Paşinyanın və ətrafının “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır” və “Ermənistanın qonşularına ərazi iddiaları yoxdur” tipli açıqlamaları azdır, İrəvan sülh sazişini imzalamağa hazır olmalıdır.

“Hulusi Akar İrəvanı xəbərdar edir ki, məsələnin yubadılmasının Ermənistan üçün ağır nəticələri olacaq”, - təhlilçi qeyd edib.

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar