Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Keçmiş MTN-nin adamı İmişlini barıt çəlləyinə döndərib - I YAZI

10-06-2016, 08:43   
Keçmiş MTN-nin adamı İmişlini barıt çəlləyinə döndərib - I YAZI

İmişli rayon sakini Davud Zülfüqarov Arqument.Az-a baş rayonda yaşanan problemlərlə və başına gətirilən oyunlarla bağlı müəllif yazısı göndərib. Həmin yazını olduğu kimi təqdim edirik.

İmişlidə keçmiş tədarükçülərin - hazırki tikinti krallarının, oliqaxların geri dönüşü sakinlərə problem yaradıb. Vaxtılə İmişlidən ”011 juquli” ilə Bakıya gedən və tikinti krallarına çevrilən bu şəxslərin İmişliyə böyük maşın kalonları ilə - 200-300 min manatlıq xarici avtomobiləri ilə dönüşü imişlilərdə qıcıq yaradır. Az müddətdə milyarderə çevrilən bu insanların maskaları yavaş-yavaş açılır...

Tikinti kralları ev tikintisi iflasa uğrayandan sonra rayonlara üz tutmağa başlayıblar. Vaxtilə çirkli pullar qazanmış oliqarxlar ac milləti qıcıqlandırmağa başlamış, əllərində torpaq sahələri olanlara "halallıq” adı altında pullar verərək hətta təyinatları dəyişdirlməyən sahələrdə istədikləri obyektləri tikib yaradırlar. Kişilər güya yeni iş yerləri açırlar. Keçmiş MTN- nin İstintaq İdarəsinin rəisi Mövlan Şixəliyevin yaxın adamı, "tikinti kralları”ndan olan Əvəz Şükürov adlı birisi İmişlidə vaxtı ilə bazar qalmaqalı yaratmışdı Bu bazar qalmaqalının davası 15 ildir ki, gedir. Bu on beş ildə qardaş-qardaşla, əmioğlu-əmioğlu ilə, yeznə-qayınla ən azından "düşmənçilik” mövqelərinə getmiş çoxları küslüdürlər. Məsələ hətta prezidentə çatmış və həllini tapmamışdır.

Zərərçəkənlərdən biri də mənəm - bu yazının müəllifi.

Diqqətli oxucu!

Elə çıxmasın ki, mən qərəzli mövqedəyəm. Əsla elə deyil! Artıq yaşım 70-ə yaxınlaşır. Iş qabiliyyətim tükənib. Gələcək nəslə yazığım gəlir. Mənim kimilər Əvəzlərin əlləri altında zülm çəkməsinlər deyə diqqət edin! Yalavac bələdiyyəsi mənim İmişli şəhərinin sahəsindən 1000 kv. torpaq sahəmi başqa vətəndaşa satıb. Mənə cavab verin, ay ölkəmin rəsmiləri...

Respublikada hansı kəndin küçəsi kiminsə adınadır və kənd yolları küçə adlandırılıb? 8 ildir ki, mənim halal yerimi özümə göstərə bilmirlər icra, bələdiyyə, ədliyyə, prokurorluq və polis idarələri... Mənim ərizələrmi ya zibil yeşiklərinə atırlar, ya da məhkəməyə müraciət etməyimi tövsiyə edirlər. 70 yaşımın 40 ilini yüksək vəzifələrdə, 10 ilini ekspert kimi yaşayan şəxsin əlinə "düdük” verməklə məşqul olan məmurlar Əvəz Şükürova "halallıq” alandan sonra 6 hektar "örüş” yerini peşkəş ediblər. Bundan 0.10 sotunu Yalavac bələdiyyəsi mənə "qıymır”. Yalavac bələdiyyəsi 102-yə zəng edib məni təhqiqata verdirir...

99 illiyə icarəyə verilmiş bu torpaq sahəsi bir günün içində 16 yanvar 2016- cı ildə ləğv edilir. Əvəz Şükurova və ya onun adamının adına rəsmiləşdirilir. Sərəncam verilir ki, güya Allah qoymasa, ət kəsimi sexi və ya heyvanların edam sexi tikdirəcəklər. Onun 50-100 metrliyində deyilənə görə Araz çayının sahilindən Əvəzə karxana da veriblər, bu haqda araşdırmamı davam etdirəcəyəm.

Əziz oxucu!

16 ildir ki, hansı bələdiyyə öz qərarını özü ləğv edib? 10 ildir ki, Regional Ədliyyə mənim şikayətlərimi qeydə almır, Əvəzə verilmiş torpaq sahəsini bələdiyyə idarəsindən maşınla gedir sənədləri özü götürür. Ədliyyənin Regional idarəsinin rəisi Hakim Məmmədovdur. Digər örüş yerini isə 2006-ci ildə tikinti kralı Yasəf Hüseynov həyat yoldaşının adına özəlləşdirib. Ekoloqlar, texniki işçilər hansı əsasla 17 hektar örüş yerini və Arazın sahil hissələrini bu oliqarxın sənədlərini imza edərkən vicdanlarını görməməzliyə vurublar. 17 hektarın yarısında "Araz market” deyilən bazar inşa edilib. Bir soruşan olmayıb ki, İmişli bələdiyyəsinə hər ay nə qədər torpaq vergisi ödənilib? Söhbət məbləği 100 min manatlarla borcdan gedir.

Əvəz Şükürov Çaxırlı kəndində oğlunun adına 10 il bundan qabaq bir yetmdən aldığı torpaq sahəsini karxanya çevirib. Yaxşı bəs nə qədər dağ mədən vergisi ödəyib? Düzgün bank sənədi göstərsələr... təbii ki, göstərə bilmirlər.

Bu, mənim vəsiyyətimdir. İmişlidə Heydər Əliyevin adına əbədiləşdirilmiş parkın inkar edilməsinə və adının Mədəniyyət və istirahət parkı, "Şəhidlər Xiyabanı”nın da adının inkar edilərək onun flialı adlandırılması Azərbaycan üçün qara ləkədir. Bunu da gələcək yazılarımda göstərəcəyəm.

Şəhidlər Xiyabanında yerli ƏƏSMM idarəsi tikildi ki, bu da Şəhidlərin adına sayğısızlıq idi. Amma bu ədalətsizliyi Allah götürmədi və 2012-ci ildən bəri həmin idarədə gedən alverə görə Korupsiyaya Qarşı Mübarizə İdarəsi 3 dəfə həbslər aparıb, yeddi idarə rəisi dəyişib. Hazır ki, idarə rəisi İmişli şəhərinin meri - 70 yaşlı M. Atakişiyevin qardaşı oğlu Nofər Atakişiyevdir ki, mətbuat onu tənqid etməkdən yorulub. Şəhər meri M.Atakişiyevin 60 min manatlıq əmtəəsiz mal mübadiləsi barədə gələcəkdə açıqlama verəcəyik.

Diqqətli oxucu məni izləyin, hələ çox maraqlı məqamlara aydınlıq gətirəcəm. İzləyin və oxuyub agah olun!

Davud Zülfüqarov
İmişli rayon sakini
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar