Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İcra başçısının Milli Məclisdə işləyən oğlu haqda şok – İDDİA

10-06-2016, 08:39   
İcra başçısının Milli Məclisdə işləyən oğlu haqda şok – İDDİA
Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin oğlu Hüseyn Ağayev hər gecə barlarda minimum 500-700 manat arasında pul xərcləyir.

Bəzən isə icra başçısının oğlunun bir gecəlik bar xərcləri 1000 manatdan belə artıq olur.

Milli Məclisin Aparatında çalışan Hüseyn Ağayev işdən sonra adətən birbaşa gecə klublarına üz tutur. Onu bir neçə yaxın dostu müşayiət edir. İcra başçısının ərköyün oğlunun ən çox göründüyü gecə klublarından biri isə “İnfiniti” barıdır. Demək olar ki, icra başçısının oğlu həftədə ən azı 3 dəfə bu barda olur və “İnfiniti”nin daimi müştərilərindən hesab olunur. Ona görə də “İnfiniti”də çalışan hər kəs Göyçayın icra başçısının oğlunu yaxşı tanıyır. Onun burada xüsusi “hörmət sahibi” olduğu da qeyd olunur. Çünki bədxərcliyi ilə tanınan başçı oğlu bir qayda olaraq “çay pulunda” da xəsislik etmir.

Xatırladaq ki, Milli Məclisin Aparatında çalışan Hüseyn Ağayev 400 manat civarında maaş alır. Atası isə icra başçısı olaraq təqribən ayda 800 manat qazanır. Belə çıxır ki, Hüseyn Ağayev iki gecəyə barlarda həm özünün, həm də atasının maaşını havaya sovurur…
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar