
Vətəndaş 10 000 manat borcunu istədiyinə görə Neftçala şəhərinin icra nümayəndəsi Gülqədəm Mirzəzadə tərəfindən küçədə döyülüb.
Neftçalada biabırçılıq; rüşvət verib vəzifə alan xanım məmur icra başçısını şantaj edir; küçədə belə adam döyən xanım məmura qarşı icra başçısı İsmayıl Vəliyev heç bir tədbir görə bilmir…
Son zamanlar Neftçala şəhər icra nümayəndəsi Gülqədəm Mirzəzadə qalmaqallı hərəkətləri ilə mətbuatın gündəmini zəbt etməkdədir. Saxta diplomlu bu xanım icra nümayndəsinin özbaşınalıqları artıq əndazəyə sığmır. Belə ki, məmur adına yayraşmayan hərəkətləri gündəmə gələn xanım icra nümayəndəsi bu dəfə daha böyük qalmaqala imza atıb. Neftçaladan anaxeber.info-a daxil olan məlumata əsasən Gülqədəm Mirzəzadə ondan borcunu istəyən şəxsi küçənin ortasında döyərək nalayiq söyşlərlə təhqir edib. Buna səbəb isə Məmmədov Ə. (ad şərtidir, müəyyən səbəblərə görə döyülən və təhqir olunan şəxs adının hallanmasını istəmir. anaxeber.info), Gülqədəm Mirzəzadəyə verdiyi 10 000 manatı istəməsi olub. Küçədə xanım icra nümayəndəsinə yaxınlaşaraq ona verdiyi pulu tələb edən vətəndaş nəyə uğradığını belə şaşırıb. Çünki birdən birə xanım icra nümayəndəsi ona hücum edib və nalayiq söyüşlər söyərək vətəndaşı döyməyə başlayıb. Şikayətçinin bildirdiyinə görə sözü gedən 10 000 manatı bir müddət əvvəl, yəni Gülqədəm Mirzəzadə Neftçala şəhərinin icra nümayəndəsi təyin olunarkən verib. Pulu alarkən Gülqədəm Mirzəzadə bildirib ki, Neftçala şəhərinin icra nümayəndəsi təyin olunması üçün icra başçısına 50 000 manat verməlidir. Gülqədəm Mirzəzadə söz verib ki, ən geci iki ay müddətində aldığı borcu geri qaytaracaq. Lakin aradan aylar keçməsinə baxmayaraq Məmmədov Ə. öz pulunu geri ala bilməyib. Neçə dəfə Gülqədəm Mirzəzadənin yanında olsa da, xanım icra nümayəndəsi onu hər dəfə aldadıb. Sonuncu dəfə isə kabinetindən qovub. Bundan sonra isə Məmmədov Ə. ona küçədə yaxınlaşıb və pulunu geri istəyib.
“Mən elə güman elədim ki, adamların yanında pulumu geri istəsəm, Gülqədəm Mirzəzadə utanıb çəkinər və mənim pulumu geri qaytarar. Ancaq gözlədiymin əksinə olaraq Gülqədəm Mirzəzadə mənə hücum elədi. Nalayiq söyüşlərlə təhqir edib məni vurmağa başladı.”, deyə şikyətçi bildirib.
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Neftçalanın xanım icra nümayəndəsinin diplomunun saxta olması ilə bağlı məlumat yayılıb. Bu məsələ ilə bağlı anaxeber.info-ın Neftçala da apardığı araşdırma apararkən məlum olmuşdu ki, Gülqədəm Mirzəzadə orta məktəbi belə qurtarmayıb və natamam təhsil alıb. İsmayıl Vəliyev Neftçalaya icra başçısı təyin olunduqdan sonra isə birdən birə Gülqədəm xanımın ulduzu parlayıb. Elə vəzifə həvəsinə düşən Gülqədəm xanıma təcili diplom gərəkib. Diplom almaq üçünsə Gülqədəm xanımı Qazaxa yönləndiriblər. anaxeber.info-ın əldə etdiyi məlumata görə Gülqədəm Mirzəzadənin Azərbaycan Müəllimlər İnstitunun Qazax filialından aldığı diplom həqiqətən də saxtadır və bu saxta diplom Gülqədəm Mirzəzadəyə saxta diplom alverinə görə həbs olunan Azərbaycan Müəllimlər İnstitunun Qazax filialının sabiq direktoru İsa Veyisov tərəfindən Gülqədəm Mirzəzadəyə satılıb. Yəni kamal atesstatı belə olmayan Gülqədəm xanım çox asanlıqla diploma sahib ola bilib. Və hətta iddiaya əsəasn Gülqədəm Mirzəzadənin adı Azərbaycan Müəllimlər İnstitunun Qazax filialında belə getməyib. İsa Veyisov sadəcə Gülqədəm Mirzəzadənin adına Təhsil Nazirliyinin nömrələnmiş diplomunu verib.
Diplomunu aldıqdan həmən sonra isə Gülqədəm Mirzəzadə Neftçala rayon Xıllı qəsəbə nümayəndəsi vəzifəsinə təyin olunub. Burdakı fəaliyyəti ilə sakinlərin ciddi narazılığına səbəb olmasına baxmayaraq, bir müddət sonra Neftçalanın icra başçısı Gülqədəm Mirzəzadəni daha məsuliyyətli və daha gəlirli vəzifəyə təyin edib.
Bundan sonra isə Neftçalada qalmaqal qalmaqal dalınca baş verib. İcra başçısına arxayın olan Gülqədəm Mirzəzadə dəfələrlə kabinetində vətəndaşları, o cümlədən Qarabağ əlillərini söyüb təşqir edib. Onları otağından qovub. Məsələ ilə bağlı Qarabağ əlilləri dəfələrlə prezidentə müraciət etsələrdə, onların şikayətinə baxan olmayıb. Sadəcə olaraq bu şikayətlər Neftçala İcra Hakimyyətinin başçısı İsmayıl Vəliyevə ünvanlandığına görə şikayətə baxan olmayıb.
Hazırda isə son qalmaqala baxmayaraq İsmayıl Vəliyev Gülqədəm Mirzəzadəyə qarşı heç bir tədbir görmür. Neftçaladan aldığımız məlumata görə İsmayıl Vəliyev sadəcə Gülqədəm Mirzəzadədən qorxur. Çünki Gülqədəm Mirzəzadə İsmayıl Vəliyevi şantaj edir. Şantaj obyekti isə Gülqədəm Mirzəzadənin icra nümayəndəsi təyin olunması üçün icra başçısına verdiyi 50 000 manatdır. Bildirilir ki, Gülqədəm Mirzəzadə açıq şəkildə İsmayıl Vəliyevi təhdid edir, onu işdən çıxaracağı təqdirdə rüşvətlə bağlı hər yerə məlumat verəcəyini açıq şəkildə deyir. Buna görə də İsmayıl Vəliyev Gülqədəm Mirzəzadənin qarşısında aciz durumda qalıb.
Lakin görünən odur ki, artıq gizli heç bir şey qalmayıb. Çünki küçədə adam döydükdən sonra Neftçalada hər kəs Gülqədəm Mirzəzadənin özbaşınalıqlarından və icra başçısına verdiyi 50 000 manat rüşvətə görə şantaj olunmasından danışır. Belə görünür ki, Gülqədəm Mirzəzadə ilə İsmayıl Vəliyev başına böyük dərd açıb. Çünki bu qalmaqal İsmayıl Vəliyev üçün yaxşı heç bir şey vəd eləmir. Heç bir kəslə hesablaşmayan Gülqədəm Mirzəzadənin İsmayıl Vəliyevin karyerasına son qoyması da artıq gözlənilir. Hər halda ölkə rəhbərliyinin bir məmur qadının yol verdiyi inanılmaz qalmaqallara dözməsi heç də inandırıcı deyil. Son zamanlar hər kəs isə ölkə prezidenti İlham Əliyevin qətiyyətli və iradəli addımlarının şahidi olub.
Qarşı tərəfin mövqeyini dərc etməyüə hazırıq.
anaxeber.info